Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Plagiat lüğət” iddiası ilə bağlı institut direktorundan açıqlama
Möhsün Nağısoylu: “İstənilən lüğət əvvəlki lüğətlər əsasında tərtib olunur, burada plagiatdan danışmaq savadsızlıqdır”

“Kitabın müəllifi Sayalı Sadıqova Müəllif Hüquqları Agentliyinə müraciət edib, həmin qurum da ona sənəd verib ki, tərtib işi, lüğət işi plagiat sayılmır. Çünki istənilən lüğət əvvəlki lüğətlər əsasında tərtib olunur. Burada plagiatdan danışmaq savadsızlıqdır”.

Bunu Bizimyol.info saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O, sözügedən institutun Nəzəri dilçilik şöbəsinin müdiri, filogiya elmləri doktoru, professor İdris Abbasovun saytımıza müsahibəsində dediklərininə münasibət bildirib.

İ.Ababsov Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə fikirlər səsləndirib, həmçinin konkret misallar təqdim edib. O qeyd edib ki, həmin kitab M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürülüb.

Sözügedən kitabın redaktorları isə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoyludur.

Möhsün Nağısoylu isə bildirir ki hansısa kitabın, işin plagiat olub-olmamasına nəzarət edən orqan, rəsmi qurum Müəllif Hüquqları Agentliyidir və istənilən işi plagiat saymaq üçün məhkəmə qərar verməlidir.

“Məhkəmənin qərarından sonra qətiyyətlə demək olar ki, bu plagiatdır. Necə ki, bir adamın cinayəti sübut olunmamış, məhkəmə hökm çıxarmadan “cinayətkar” adlandırmaq olmaz, eləcə də məhkəmə qərarı olmadan hansısa kitaba “plagiat” demək olmaz. Yəni sübut olmadan necə “plagiat” deyə bilərsən?

İdris Ababsov müsahibəsinin sonunda bildirib: “Möhsün Nağısoyludan dövlət büdcəsindən iş görmək adı ilə mənimsədiyi 100 minlərlə vəsaiti geri qaytarmağı rica edir və onu “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı açıq elmi debata, diskussiyaya dəvət edirəm”.

M.Nağısoylu isə debat təklifini qəbul etməyib: “Mən elə bir adamla debata getmək istəmirəm”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »