Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2017-də 20 illiyini qeyd edəcəklərimiz - FOTOLAR
1997-ci ildə baş vermiş bu hadisələrin üstündən artıq 20 il keçir. Baxdıqça özünüzü yaşlı hiss edəcəksiniz.

1. 1997-ci il avqust ayında ilk South Park epizodu ekranlara gəlmişdi və hələ də eyni həyəcanla davam edir.

2. 20 il əvvəl həm də ilk dəfə yapon multfilmi Pokemon göstərilmişdi.

3. Uşaqlığımızda səhərlərin ən əyləncəli verilişlərindən BBC tərəfindən çəkilən Teletubbies yayımlanmağa başlamışdı. Azərbaycanda həmin proqram Lider TV’də göstərilirdi.

4. Tarixin ən məşhur avtoqəzalarından biri 1997-ci ildə Fransada baş vermişdi. Şahzadə Diana’nın vəfatından 20 il keçir.

5. Film tarixinin ən çox baxılan filmlərindən Titanic də 20 il əvvəl, 1997-ci ildə kinoteatrlarda göstərilməyə başlanmışdı.

6. Digər ikonik filmlərdən Men in Black və Good Will Hunting’də 1997-ci ildə çıxmışdı.

7. Mike Tyson’nun boks lizensiyasının ləğv olunmasına səbəb olan “qulaq dişləmə” də 20 il əvvəl baş vermişdi. Tyson, Evander Holyfield’in qulağının bir hissəsini qoparmışdı.

8. Bütün interneti özünə asılı hala gətirən Google.com domaini də 1997-ci ildə indiki sahibləri tərəfindən alınmışdı.

9. J.K.Rowling ilk Harry Potter kitabını 1997-ci ildə dərc etmişdi. Bəlkə də həmin günlərdə kitabın bu qədər çox oxunacağını heç kim gözləmirdi.

10. SSR aktyoru Yuri Nikulin, Neftçinin əfsanəvi futbolçusu Anatoliy Banişevski və akademik Ziya Bünyadov da 1997-ci ildə vəfat etmişdi.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »