Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmperator pensiyaya çıxdı, hakimiyyət oğluna verildi - Video

Yaponiyada, imperatorun taxtdan çıxarılmasının son proseduru keçirilib: 30 Apreldə İmperator Akihito pensiyaya çıxaraq yerinə oğlu şahzadə Narahitonu təyin edib. Təqdimat mərasimi Tokioda imperator sarayının "Seiden Matsu-no-ma" zalında keçirilib. Qədim salnamələrə görə, birinci imperator Jimmuyə məxsus olduğu deyilən qılıc, həmçinin İmperator möhrü və Yaponiyanın dövlətinin möhürü də mərasim zalına gətirilib. Bu barədə "Gazeta.ru" məlumat verib.

Bizimyol.info" xəbər verir ki, zalda təxminən 300 nəfərə qədər qonaq olub. Onlar arasında monarx özü və həyat yoldaşı, taxtın yeni sahibi Naruhito və onun həyat yoldaşı, imperator ailəsinin digər üzvləri, həmçinin hökumətin üç nazirliyinin nümayəndələri olublar.

Akihitonun taxtdan uzaqlaşması istəyi Yaponiyanın baş naziri Şindzo Abe tərəfindən elan edilib. O, 85 yaşlı hökmdara özünün və təmsil etdiyi hakimiyyətin minnətdarlığını çatdırıb. Akihito Yaponiyaya xalı qarşısında vida nitqi ilə çıxış edib.

Qeyd edək ki, Akihto 30 il Yaponiyanın imperatoru olub

Təxribatların qarşısını almaq məqsədi ilə Tokio polisi imperator sarayının yaxınlığında təhlükəsizlik tədbirlərini gücləndirib. İmperator sarayını su ilə əhatə edən axırlar da dalğıclar tərəfindən yoxlanılıb.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »