Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ADNA hadisəsi onu göstərdi ki, təhlükəsizlik sahəsində ciddi tədbirlər görülməlidir"

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin üzərindən 10 il keçir.

Terror hadisəsinin üzərində illər keçməsinə baxmayaraq universitetlərdə hələ də təhlükəsizlik qaydalarına riayət edilmir, universitet tələbəsi olmayan şəxslərin universitetə daxil olmasına nəzarət edilmir. Bu isə növbəti hadisələrin yaşanması riskini artırır.

Ali təhsil ocaqlarında, eləcə də orta məktəblərdə təhlükəsizlik qaydalarına nə dərəcədə nəzarət edilir?

Bu haqda Bizimyol.info-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasında yaşanan terror hadisəsi onu göstərdi ki, istər orta, istərsə də ali təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilməlidir:

Elmar Nurəliyev Elmar Nurəliyev - Təhlükəsizlik məsələləri üzrə ekspert

"Məktəblərin və universitetlərin mühafizəsi həssas yanaşmalı olan bir məsələdir. Yəni burada təhsil alan şəxslərin yeyiyetmə və gənclərdən ibarət olması, onların hər hansı gözlənilməz neqativ hadisə vaxtı, fövqaladə vəziyyətdə necə davranmaq lazım olduğunu bilməmələri və özlərini müdafiə etmək qabiliyyətlərinin hələ tam formalaşmamasını nəzərə alaraq bu məsələyə daha ciddi yanaşmaq tələb edir. 2009-cu ildə Neft Akademiyasında baş verən dəhşətli terror aktı da onu göstərdi ki, universitetlərdə, məktəblərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyyac vardır.

Bir nüansı bilmək lazımdır ki heç kim terror hadisəsindən sığortalanmayıb. Heç bir yer bu kimi hadisələrdən sığortalanmayıb. Ancaq bu o demək deyil ki, hadisə olsa onsuz qabağını ala bilməyəcəyik. Bunun üçün kompleks təhlükəsizlik tədbirlər planı görmək lazımdır. Binanın fiziki olaraq qorunmasını təşkil etmək lazımdır. Qapıda bir nəzarətçinin qoyulması o demək deyil ki, mühafizə etibarlı təşkil edilib. O nəzarətçi əlində silah ilə gələn terrorçunun qabağına necə çıxa bilər? Çıxsa terrorçu onu vurub sonra daxil olacaq. Demək ki, təhlükəsizlik daha geniş yanaşmaqla təşkil edilməlidir. İndi texnologiya dövrüdür. Elektron informasiya sistemlərinin, nəzarət müşahidə avadanlıqlarının, siqnalizasıya vasitələrinin köməkliyi ilə təhlükəsizlik tədbirləri görülməlidir. Təbbi ki, cinayəti planlayan şəxs birbaşa obyektə gəlmir. Onun üçün günlərlə, aylarla ölçüb biçir, plan cızır, həmin yerə gəlib gedir, nəyi necə etməyi və harada boşluqlar var onu özündə müəyyən edir. Baxın, bu əsasdır, terrorçu boşluqları müəyyən edir və daha sonra öz çirkin əməlini həyata keçirir. Demək ki əvvəl şərait yaranır sonra hadisə olur. Əgər həmin şəxs ora gələndə bu orada mühafizəni təşkil edən şəxslərin istər vizual istərsədə nəzarət kamerası ilə baxanda diqqətini çəkərsə onda bunu araşdırar, kimdir, nəçidir, neçə dəfədir burada görünür, nə axtarır və sairə suallar çıxırki cavabında nələr yatır. Bu nəzarətçinin diqqətindən yayınmasa o aidiyyatı üzrə qabaqcıl tədbirlər görər.

O zaman bizim universitetlərin binalarının tikilişi vaxtı demək olar ki, təhlükəsizlik tədbirləri o qədərdə nəzərə alınmayıb. Elə unuversitetlər var ki, yoldan birbaşa içəri girirsən. Yəni unuversitet qapalı bir yerdə deyil, hər tərəfi açıqdır. Yəni beyində terror kimi bir dəhşəti seçmiş adam çöldən pəncərədən də içəri girə bilər. Daha sonra ehtiyyat çıxış qapısının olması, içəridə fövqaladə vəziyyətdə hərəkəti göstərən traparetlərin olması, hər mərtəbədə fövqaladə vəziyyətdə səsgücləndiricinin olması və onun sayəsində içəridəkiləri məlumatlandırmaq olar. Yəni Neft Akademiyasındakı hadisədə içəridəkilərin məlumatsızlığından insan nə etməli olduğunu bilmirdilər və özünü yuxardan atan da oldu. İçəridə mərkəzləşmiş siqnalizasiya sisteminin olması və yaxınlıqdakı DİN-in polis bölməsinə birbaşa bağlanılması hadisə vaxtı məlumatın daha opetarativ hüquq mühafizə orqanına ötürülməsini təmin edər və qısa zaman ərzində polis əməkdaşları orada olarlar. Ona görə hesab edirəm universitetlərdə bu kimi hallara diqqət yetirməlidirlər.

Azərbaycanda təhlükəsizliyi yüksək səviyyədə qorunun təhsil müəssələri də vardır. Buna xüsusi təyinatlı ali təhsil müəssələrini misal göstərmək olar. Onların təhlükəsizliyi digərlərindən fərqli olaraq daha ciddi təşkil olunub. Hesab edirəm ki digər təhsil müəssələri də onların təcrübəsindən yararlana bilərlər".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »