Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mollalara da müəllim dedizdirmək istənilirsə, onda bu başqa məsələ..."

Bir neçə gündür orta təhsil müəssisələrində, eləcə də ali təhsil ocaqlarında dini dərslərin tədris olunması məsələsi müzakirələrə səbəb olub. Məsələyə aydınlıq gətirən Təhsil Nazirliyinin mətbaut xidmətinin rəhbəri Cəsarət Valehov Trend.az-a açıqlamasında bildirib ki, dini dərsliklər deyərkən 4-8-ci sinif şagirdlərinə tədris olunan "Həyat bilgisi" dəstliklərində dinlə bağlı yeni bilgilərin əlavə olunması nəzərdə tutulur:

"Gələn tədris ilindən Azərbaycanda 4 və 8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istfadə etməsi nəzərdə tutulur. "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib".

Məsələyə biganə qalmayan Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Şahin Bağırov isə bildirib ki, dini dərslərdən daha çox tank, top, avtomat barədə, əlavə ixtisaslaşdırılmış idman dərsləri - futbol, şahmat dərsləri tədris olunsa daha yaxşı nəticələr əldə etmək olardı:

"Əslində Fəlsəfə dərslərində bütün dinlər haqqında məlumatlar verilir. Yetər ki, sanballı pedaqoqlar bunları tədris etsin...

Qaldı ki, dinin orta məktəblərdə tədris olunmasına, dövlət bu işə qol qoya bilməz. Çünki bu, dünyəvi dövlətlərə xas olmayan məsələdir. Din dövlətdən ayrıdır! Həm də dünyəvi elmlərdən yana, dini-mistik dünyagörüşü bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan toplumunda da kifayət qədər intişar tapıb. Məncə buna ehtiyac yoxdur. Qaldı İslam dininə, mollalara da müəllim dedizdirmək istənilirsə, onda bu başqa məsələ... Bunun əvəzində orta məktəblərdə hərbi dərslər - tank, top, avtomat barədə, əlavə ixtisaslaşdırılmış idman dərsləri - futbol, şahmat dərsləri tədris olunsa sevinərdim".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »