Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarıqlı ağ balina Rusiyanın casusu ola bilər

Norveçli dənizçilik mütəxəssisləri, Norveçli balıqçıların Finnmark ştatı sahillərində katerlərinin yanına gələn və üzərində sarğılar olan ağ balinanın Rus donanması tərəfindən öyrədilmiş bir casus olduğunu iddia edib. Bu barədə "Habertürk" məlumat verib

Bizimyol.info xəbər verir ki, Norveçli balıqçılar, üzərində "GoPro" kamerası və yazan asılqanlar olan ağ balina aşkar etdiklərini söyləyiblər. Norveç dövlət televiziyası "NRK"ya hadisə ilə bağlı danışan balıqçılardan Joar Hesten torlarını dənizə atmaq ərəfəsində gəmilərin arasında bir ağ balinanın üzdüyünü gördüklərini, yaxınlaşan ağ balinanın gəminin iki yanındakı ipləri çəkməyə başladığını gördüklərini və daha sonra balinanın üzərində sarğının olduğunu anladıqlarını söyləyiblər. Bundan başqa, balıqçılar çox mehriban və insanlara alışıq olan balinanın digər balıqçılar tərəfindən də eyni bölgədə görüldüyünü bildiriblər.

Norveçin Qütb Universiteti qütb və dəniz biologiyası fakültəsinin professoru Audun Rikardsen bunları dedi: "Bu Norveçli elm insanlarının etdiyi bir şey deyil, balinanın Rusiyadan gəlmiş ola biləcəyini düşünürük. Rusiyada bəzi balinaların qəfəslərdə saxlanıldığını və son zamanlarda bunların bəzilərinin "sərbəst" buraxıldığı  barədə məlumatımız var. Bu dəniz nəhəngləri gəmilərə yaxın məsafədə üzmələri, onların əhliləşdirilmiş ola biləcəyini güman etməyə imkan verir. Hazırda bununla bağlı dəqiq bir şey demək hələ tezdir, amma Rusyanın elm insanları ilə görüşmüşəm, ümid edirəm ki, bu vəziyyətə tezliklə aydınlıq gətiriləcək".

Dənizçilik İnstitutundan Martin Biuv isə Rusiyadan gəldiklərini təxmin etdikləri balinaların ardında, Rus alimləri deyil, Rus donanmasının olduğunu düşündüklərini bildirib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »