Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əxlaqsız videolarla şantajda təqsirləndirilən baş redaktora hökm oxundu
“Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev 12 il müddətinə azadlıqdan məhrum edildi

“Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyevə hökm oxunub. Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrlik etdiyi kolelgiyanın hökmü ilə M. Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.

O Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib.

Mahmud Tağıyev barələrində intim və s. xarakterli məlumatları yayacağı adı ilə şantaş edərək, bir neçə şəxsdən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunub.

İş üzrə “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, qaynı Toğrul Tağıyev və “Yuxa” restoranının sahibi Azər Həsənov zərərçəkən kimi tanınıb.

Toğrul Tağıyev təqsirləndirilən M.Tağıyevin qaynıdır.

M.Tağıyev qaynı Toğrul Tağıyevdən 120 min manat, Elçin Bədəlovdan 80 min manat, Xaliq Abbasovdan 20 min manat, Azər Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə tələb edərək almaqda ittiham olunub.

M.Tağıyev isə ittihamları qəbul etməyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »