Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qabanlar 16-cı əsrin xəzinəsəni tapdılar - Foto

Slovakiyanın Liptov vilayətində meşədə gəzən ər-arvad xəzinə ilə qarşılaşıb. Bunu vəhşi qabanların qazıb ortaya çıxardığı məlum olub.

Bizimyol.info xəbər verir ki, “The Slovak Spectator” bu barədə məlumat yayıb. Xəzinə Liptovdakı qədim qəsrin qalıqları arasında tapılıb.

Ər-arvad qızıl və gümüş pullarla qarşılaşıblar. Amma bunlara toxunmamaq qərarına gəliblər. Yerli muzeyə məlumat veriblər. Bundan sonra üç saat ərzində xəzinəni qoruyublar.

Qazıntılar zamanı gil dolça da aşkar edilib. Metal pullar parçaya bükülərək dolçanın içinə qoyulub. Sonra dərində basdırılıb.

Xəzinə Foto: Peter Ledaj / Regional Monuments Board Zilina

Tarixi abidələrin qorunması şurasının nümayəndəsi Martin Furman deyir ki, xəzinə təxminən 1527-ci ildə bura qoyulub. Onun fikrincə, vətəndaş müharibəsi xəzinə sahibini belə addım atmağa məcbur edib.

Dolçada iki qızıl pul və XVI əsrin 1600 gümüş macar dinarı var. Slovakiya qanunvericiliyinə görə, ər-arvad xəzinənin 100 faiz bazar dəyərini götürmək hüququna sahibdir.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »