Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstədiyin qədər yeyib necə arıqlamaq olar... – Araşdırma

Meymunlar üzərində tədqiqat göstərir ki, çoxlu yeyərək də arıqlamaq mümkündür. Bu haqda Avstriyanın “Kurier” qəzeti araşdırma təqdim edib.

Bizimyol.info xəbər verir ki, heyvanlara Aralıq dənizi pəhrizi kömək olub. Daha çox kalori itirir, normal çəkini qoruyurdular.

ABŞ-dakı Ueyk Forest adına tibb məktəbi tədqiqatda makaka meymunlarından istifadə edib. Araşdırmanın nəticələri “Obesity” jurnalında verilib. 18 meymun Aralıq dənizi yeməkləri ilə qidalanırmış. Onlara çoxlu meyvə, tərəvəz, zeytun yağı, xırda fındıqlar, bir az balıq və yağsız süd məhsulları verilirmiş. Digər 18 meymun isə qərb qidası ilə kifayətlənirmiş. Yəni çoxlu zülal, yağ, heyvan mənşəli qidalarla. Hər iki qrupa istədiyi qədər yeməyə imkan verilib.

38 həftədən sonra nəticələr qeydə alınıb. Aralıq dənizi qidaları ilə bəslənən meymunlar daha arıq görünürmüş. Qanda lipidlərin miqdarı aşağı olub.

“Kurier” qəzeti Avstraliyada baş tutan başqa tədqiqatın nəticələrini də xüsusi vurğulayıb. Həmin tədqiqat stressin piylənməyə gətirib çıxardığını müəyyənləşdirib.

Son xəbərlər
Bütün xəbərlər »