Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi yenə birinci yerdədir

Qeyri-adi hadisə baş verməsə, Lionel Messi “Qızıl buts”un sahibi olacaq. “Barselona”nın ulduz futbolçusu mövsüm ərzində vurduğu qolların sayını 34-ə çatdırıb.

Bizimyol.info xəbər verir ki, argentinalı canlı əfsanə Avropa milli çempionatlarının ən sərrast oyunçularının yarışında hamını geridə qoyur. Ona yalnız Kilian Mbappenin çatmaq şansı var. PSJ-nin futbolçusu əlinə düşən hər imkandan maksimum istifadə etməlidir.

Mbappe Mbappe

Mbappenin xeyrinə işləyən daha bir amil var. PSJ Fransa çempionatının sonuna qədər 5 oyun keçirəcək. “Barselona”nı isə İspaniya birinciliyində cəmi 3 qarşılaşma gözləyir. Deməli, Mbappe çox məhsuldar olarsa, eyni zamanda Messi bir az büdrəyərsə, “Qızıl buts”un dünya çempionuna qismət olması da mümkündür.

Yarışda başqa futbolçuların parlaq oyunu xüsusi diqqət çəkmir. Sıralamada üçüncü pillədə qərarlaşan “Sampdoriya”lı Fabio Kvalyarella cəmi 23 qol vurub.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »