Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlığımızın unudulmaz xatirəsi: Bakı tramvayı - FOTOLAR
Hal-hazırda Avropa nəqliyyatının ayrılmaz hissəsi olan tramvaylar bəzilərimizin gənclik və digərlərimizin isə uşaqlıq illərindən xatırladığımız ən gözəl xatirələrdə yer alır. Odur ki, gəlin Bakı tramvayı haqqında məlumatlar və fotolarıyla nostalgiya yaşayaq və bu ekoloji təmiz nəqliyyat vasitəsini tezliklə şəhərimizin küçələrində yenidən görməyə ümid edək..

Hələ inqilabdan əvvəl, 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda “konka” tikilib. Ancaq bu nəqliyyat növü tələbatı tam ödəmədiyi üçün 1922-ci ildə Bakı Soveti şəhərdə tramvay xətlərinin tikintisinə başlamışdır. Şəhərdə ilk dəfə olaraq 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu barədə qəzetlər də yazırdı.

Bu foto 1929-cu ildə çəkilmişdir. Şəkildə Bakı tramvayçıları birlikdədir. Bu insanların 1920-ci ildə “konqa”nın daşıdığı sərnişin sayı, 1925-26-cı illərdə 3-4 dəfə artırılmışdı.

1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı.

2000-ci ildən başlayaraq minik vasitəsi əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən yığışdırılmışdır. Bakı Tramvay Parkı öz fəaliyyətini tamamilə 2003-cü ildə dayandırıb.

2012-ci ilin fevral ayında Azərbaycan Hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. «Ağ Şəhər» layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.

[gallery columns="1" size="full" ids="16289,16288,16287,16286">

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »