Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hitler Argentinaya qaçıb? – FBI-nin araşdırması bütün dünyada müzakirə olunur

Faşizmin vacib simalarından sayılan Adolf Hitlerin ölümü 74 ildir müzakirə olunur. Hələ də onun 1945-ci ildə intihar edib-etməməsi mübahisə predmetidir.

Bizimyol.info xəbər verir ki, FBI (Federal Təhqiqatlar Bürosu) Hitlerə aid arxiv sənədlərini nəşr etdirib. Burada onun bunkerdə ölmədiyi, Berlinin ələ keçirilməsindən bir neçə həftə sonra 50-yə qədər silahdaşı ilə Argentinaya qaçmasından bəhs olunub.

Hitleri Cənubi Amerika ölkəsində, And dağlarının ətəyində gördüyünü iddia edən alman diplomatların açıqlamaları da sənədlərdə əksini tapıb. Guya Almaniyanın keçmiş lideri xeyli qocalmış, bığsız və eynəkdə imiş.

FBI-nin dosyesində agentlərin adları açıqlanmır. Onlar fürerin Avropanı sualtı qayıqda tərk etdiyini bildirirlər. Bunkerdə isə Hitlerin oxşarı qalıb. Bığlarını qırxan tarixi şəxsiyyət hamını aldada bilib.

Federal Təhqiqatlar Bürosunun əməkdaşı Robert Bayer deyir: “Bir kəşfiyyatçı kimi məni bütün Amerika hökumətinin onu axtarması heyrətləndirir. Britaniyalılar və başqaları da eləcə. Onlar sadəcə Hitlerin bunkerdə ölməsi əhvalatına inanmırdılar. Özü də bunlar çox ciddi adamlar sayılırdı”.

Bayer indi özü üçüncü reyxin rəhbərinin qaçışını araşdırır. Kəşfiyyatçı çoxseriyalı “Hitler ovu” sənədli filmi üçün sübutlar toplayır: “Hitler bunkerdən necə çıxa bilərdi? Biz metroya aparan tunel tapdıq. Beləcə, aeroporta getmək mümkün idi”.

Tarixçi Konstantin Zalesski deyir ki, hələ 1945-ci ilin iyununda Hitlerin qaçması haqda danışılırdı. Onda Latın Amerikasında sarı mətbuata aid edilən nəşrlərdən birində bu barədə yazılmışdı.

Liverpullu Lyuk Deyli Qrouz bu məsələ ilə bağlı xeyli araşdırma aparıb, “Hitlerin ölümü: fərziyyələrə qarşı iddia” kitabını yazıb: “Gəldiyim nəticə qətidir: Adolf Hitler 1945-ci il aprelin 30-da özünü güllələyib. Yeva Braun da onunla birlikdə intihar edib. Sianid qəbul edərək həyatına son verib”.

Lyuk Deyli Qrouzun fikrincə, Hitlerin qaçması haqda xəbərlər saxta olub, daha çox nasistlər bunun yayılmasına maraq göstərib. Onun qadın paltarında İrlandiyaya qaçmasını da şayiə adlandırıb.

Hitlerin Argentinaya qaçıb həyatını orada davam etdirməsini daha çox sənədlər yox, ayrı-ayrı adamlar deyir. Məsələn, keçmiş otel əməkdaşı Katalina Qamero kimi: “Hə, Hitler idi. Bizim oteldə qalırdı. Üç gün yaşadı. Dəqiq deyirəm. Bu xüsusi şəxsi bütün sürücülər tanıyırdı. Amma ağzımızı aça bilməzdik, işdən qovardılar. Mən bir sürücü ilə bunu müzakirə etmək istədim. Soruşuram, Lyuis, bu düzdür? Sözümü kəsdi: “Artıq bir kəlmə də”.

Braziliyalı Raymundo Araujo özünü Hitlerin dostu kimi təqdim edir. Deyir ki, görüşüb söhbətləşiblər. Hitler özünü öldürəndən sonra cəsədi yandırılıb. Yalnız çənəsi qalıb. Mütəxəssislər bunun Hitlerə məxsus olmasına əmindirlər. Federal Təhqiqatlar Bürosunun direktoru Edqar Quver isə belə düşünmür. Onun fikrincə, geniş araşdırmaya ehtiyac var.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »