Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənni Alsunun 10 yaşlı qızının qələbəsi qalmaqal yaradıb - Video

Rusiyanın "Birinci kanal" İnterpolun rəsmi tərəfdaşı olan beynəlxalq kiberhücumların qarşısının alınması kompaniyasına müraciət edərək, telekanalın təşkilatçılığı ilə keçirilən "Uşaqların Səsi" yarışmasının final şousunda tamaşaçı səsverməsinin nəticələrini yoxlamaq üçün kömək istəyib. Bu barədə "Aif.ru" məlumat yayıb.

"Bizimyol.info" xəbər verir ki, "Ekspertlər informasiya təhlükəsizliyi sistemi vasitəsi ilə səslərin hesablanmasını tamaşaçıların SMS və telefon zəngləri əsasında təhlil edərək qiymətləndirəcəklər. Onlar bilmək istəyirlər ki, botlarla və ya digər alətlərlə səsləri olduğundan artıq göstərməyin mümkün olub-olmadığını öyrənmək mümkündürmü",- deyə Birinci kanalın mətbuat xidməti bildirib.

"Biz dəqiqləşdirməliyik ki, sistemə müdaxilə edərək "Uşaqların Səsi" layihəsinin qalibinin seçkilməsinə təsir etmək üçün texniki imkanlar varmı, bu ümumiyyətlə mümkündürmü",- deyə şirkətin baş direktoru İlya Saçkov kanalın layihə ilə bağlı üzərinə götürdüyü vəzifələr barədə məlumat verib.

Müstəqil araşdırmanın nəticələrini müşahidə etmək üçün gələcəkdə layihənin sistemə açıq çıxışın təmin olunması planlaşdırılır.

Xatırladaq ki, "Uşaqların Səsi" layihəsinin növbəti mövsümünün qalibi müğənni Alsunun 10 yaşlı qızı Микелла Abramov olub. Tamaşaçıların 56,5% -i onun lehinə səs verib. Amma sonradan səsvermənin düzgün keçirilməsinə dair şübhələrin olduğu ortaya çıxıb. "Birinci kanalı" bildirib ki, səsvermənin nəticələrin yoxlanılması aparacaq, çünki "anomaliyalar" qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »