Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Qarabağa görə ATƏT-i qınadı
Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT-in Avropa regionundakı münaqişələrə göz yummalı olmadığını bəyan edib. Belarus lideri ATƏT-ə üzv dövlətləri təhlükəsizliklə bağlı mövcud problemlərin müzakirəsi üçün görüş keçirməyə səsləyib.

“Burada, bizim ümumi evdə, nizamlanması vacib olan çoxsaylı problemlər yığılıb – Dağlıq Qarabağ, Dnestryanı... Ukrayna da əlavə olunub və artıq kifayət qədər ciddi münaqişədir, onu çoxları müharibə adlandırır.

Bu məsələlərə zəif reaksiya göstərilməsinə görə, tez-tez ATƏT-i tənqid atəşinə tuturam, halbuki bu, bilavasitə ATƏT-in görməli olduğu işdir. ATƏT ilk növbədə Avropa qitəsində təhlükəsizliyə cavab verir axı... Bu problemlərə heç bir halda göz yummaq olmaz”, - deyə Lukaşenko Minskdə ATƏT parlament assambleyasının sədri Georgi Sereteli ilə keçirdiyi görüşdə bildirib.

Belarus prezidenti ATƏT-ə üzv dövlətlərin başçılarının uzun müddət bir araya gəlib, regionun problemlərini müzakirə etməməsini pisləyib.

“İstanbul sammitindən sonra (1999-cu il - red.) dövlət başçılarının irimiqyaslı toplantısı keçirilməyib. Ancaq lazım idi. Bir araya gəlib, problemləri həll etmək lazımdır. Həll yolu tapmaq mümkün olmasa belə, hansısa yolları və ya perspektivləri axtarmaq lazımdır”, - deyə Lukaşenko vurğulayıb.(oxu.az)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »