Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ali Məhkəmə mənə bəraət verib, amma DİN işə bərpa etmir”
Şikayətçi Solmaz Quliyeva ölkə rəhbərliyinə və nazirə müraciət edib

Daxili İşlər Nazirliyinin Tibb Xidmətinində çalışmış və 2012-cü ildə işdən azad edilmiş Solmaz Quliyeva hüquqlarının pozulduğunu bildirir.

Bizimyol.info saytına müraciət edən şikayətçi bildirir ki, 1997-2012-cı illərdə DİN-in Tibb Xidmətində işləsə də, 2012-ci ildə Həkim Komissiyana Vüqar İsmayılov adlı yeni rəis təyin olunandan bir gün sonra onu işdən çıxarıb. “Əsas kimi onu göstərdilər ki, guya mən iş yoldaşım Natella Əliyevanı döymüşəm. Halbuki Samir Quliyev yeni işçi gətirdiyi üçün bu addımı atıb. Sənədləşdiridilər ki, guya, mən Natellanın başında stol qırmışam, idarəyə 31 manat ziyan vurmuşam və sənədləri çırpmışam. İşdən çıxarılmağım da Əmək Məcəlləsinin 70-ci (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) maddəsinin C (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi ilə edildiyinə görə, mən heç bir yerdə iş tapa da bilmirəm” – deyə şikayətçi bildirir.

O, işdən çıxarılmasının qanunsuz hesab edilməsi ilə bağlı məhkəmələrə müraciət etsə də, təmin edilməyib. “İşdən çıxarılan zaman rəhbərlik prokurorluğa müraciət edərək, guya mənim xuliqnalıq etməyim barədə şikayət veriblər. Bununla bağlı açılmış cinayət işi də məhkəməyə göndərildi. Mən işdən çıxarılmağımla bağlı verdiyim şikayətləri təmin etməyn məhkəmələr bunu əsas gətirmişdilər ki, barəmdə xuliqanlıq maddəsi ilə cinayət işi olduğu üçün 70c maddəsinin ləğv edilərək işə bərpa olunmağım mümkün deyil. İş hələ məhkəmədə olarkən mən nazir Ramil Usubovun qəbulunda olarkən bildirdi ki, əgər yekun qərar olaraq mənə bəraət verilsə, işə bərpa oluna bilərəm. Ali Məhkəmə mənə xuliqanlıqla bağlı verilmiş ittihamlara xitam verib. Ancaq bundan sonra dəfələrlə cəhd etsəm də, nazirlə görüşə bilməmişəm. Məhkəmə mənim xuliqanlıq etmədiyimə qərar veribsə, nəyə görə hələ də mənim üzrəimdə “70 c” maddəsi saxlanmalıdır? Bu maddəyə görə heç yerdə iş tapa bilmirəm.” – deyə S.Quliyeva qeyd edir.

Somaz Quliyeva qeyd edir ki, ona qarşı irəli sürülən ittihamlara Ali Məhkəmədə 13.10.2014 cü ildə bəraət verildikdən sonra qəbula yazıllb sənədi təqdim etmək istəsə də bu, mümkün olmaylb.

Bundan sonra İnzibati-iqtisadi məhkəməyə müraciət edib. “Bu işlə bağlı apellyasiya instansiyasında qərar verildi ki, barəmdə xuliqanlıq ittihamına bəraət verildiyi üçün DİN məni işimə bərpa edə bilər. Bütün bunları və mənim bəraət almagımı nəzərə alaraq işə bərpa olunmagıma köməklik etmələrini xahis edirəm”.

S.Quliyeva bununla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezient Mehriban Əliyevaya və daxili işlər naziri Ramil Usubova müraciət edərək, hüquqlarının bərpa olunmasına kömək göstərilməsini xahiş edir. “Üç azyaşlı qızım və əlil olan anam mənim himayəmdədir. Onlarıə çətinliklə saxlayıram. Bir ananın başına haqsız olaraq bu oyunu açarlarmı? Xahiş edirəm, mənə kömıəklik göstərilsin” – deyə S.Quliyeva bildirdi.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə “Bizimyol.info” saytının sorğusuna cavab olaraq vaxtilə bu qurumun Tibb İdarəsində çalışmış Solmaz Quliyevanın hüquqlarının pozulmasına dair iddialarının həqiqətdən uzaq olduğunu və heç bir hüquqi əsasının olmadığını bildirib.

O qeyd edib ki, bu xanım 2012-ci ildə öz iş yoldaşına qarşı xuliqanlıq hərəkətləri edərək sonuncuya xəsarət yetirib. “Buna görə də barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq aparılıb. Lakin məhkəmə tərəfindən S.Quliyevanın öhdəsində 3 azyaşlı övladının olduğu nəzərə alınaraq həmin cinayət işinə xitam verilib. İşə bərpa edilməsilə bağlı iddialarına gəldikdə isə qeyd olunmalıdır ki, heç bir məhkəmə instansiyası tərəfindən sözügedən məsələ ilə bağlı onun lehinə heç bir qərar qəbul edilməyib”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »