Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 30-na hava proqnozu

Sabah - aprelin 30-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 30-da hava əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Dağətəyi rayonlara dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 30-u, mayın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bizimyol.info

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »