Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral həyat tərzi Yapon kraliçasını depressiyaya salıb

Yaponiyanın Vəliəhd Şahzadə Naruhito, yeni yaşam qaydalarına öyrəşməkdə çətinlik çəkən həyat yoldaşı knyaginya Masakonun depressiyaya düşdüyünü açıqlayıb. Bu barədə "Habertük" məlumat verib.

"Bizimyolşinfo" xəbər verir ki, may ayında Yaponiya taxtını irsi varis olaraq qəbul edəcək 59 yaşlı Vəliəhd Şahzadə Naruhito, kral ailəsinin məruz qaldığı boğucu həyat tərzi üzündən çətin zamanlar keçirdiyini bildirib. Naruhito, sərt qaydaların arvadı knyaginya Masakonu depressiyaya saldığını açıqlayıb. Naruhito, həyat yoldaşının 2004-ci ildən saray qaydalarına öyrəşmək üçün müalicə olunduğunu deyib.

Bir müddət əvvəl knyaginya Masakonun ad günü üçün nəşr olunan bir açıqlamada knyaginyanın özünə gəldiyii və "artıq daha çox öhdəliyi yerinə yetirə biləcəyi" açıqlanıb. Yaponiyada gündəm isə əri Şahzadə Naruhitonun da qəbul etdiyi kimi Masakonun knyaginyalıqdan kraliçalığa yüksəlməsindən sonra düşdüyü depressiyanın onda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola biləcəyi təhlükəsidir.

Yaponiya Şahzadəsi Naruhito, xüsusi pedaqoqlar tərəfindən dərs almaq əvəzinə, valideynləri ilə bir yerdə yaşayan ilk Yapon şahzadəsidir. 1980-ci illərdə iki il ərzində Birləşmiş Krallığın Oksford Universitetində təhsil alıb. Bu səbəblə də o, sərt qaydaların mövcud olduğu bir dairədən uzaq qalaraq daha sadə həyat yaşayıb. 1993-cü ildə diplomat ailənin qızı olan Masako Ovada ilə evlənib. Harvard və Oksford universitetlərində təhsil alan, dünyanı gəzməyi sevən gəlin, səyahət karyerasını şahzadə olmaq üçün tərk etdi. Ancaq Masako, İmperiya qaydalarına heç cür öyrəşə bilməyib. Övlad sahibi olması üçün belə o, böyük təzyiqlərlə üzləşmişdi. O, stress üzündən 8 il hamilə qala biməyib və qızı şahzadə Aikoyunu 2001-ci ildə dünyaya gətirib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »