Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan prezidenti at üçün rep oxudu - Video

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun məşğul olmadığı sahə yoxdur. Gah at yarışlarına qoşulur, gah ralli maşınlarının sükanı arxasına keçir, gah da mahnı oxuyur.

Bizimyol.info xəbər verir ki, Berdıməhəmmədov ata rep həsr edib. Dövlət başçısı Türkmən Atı milli bayramında Rovaç adlı dördayaqlı haqqında rep oxuyub.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdıməhəmmədov

Berdıməhəmmədov bu musiqi janrına ilk dəfə keçən ilin iyulunda nəvəsi Kərimqulu ilə müraciət etmişdi. Onda ölkə başçısı “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə kompozisiya həsr etmişdi. Dekabrda Berdıməhəmmədov özünün bəslədiyi yeni mahnını ictimaiyyətin ixtiyarına vermişdi.

Rovaç atı Rovaç atı

Berdıməhəmmədov 2017-ci ildə Aşqabaddakı tikinti obyektlərini at belində müşahidə etmişdi. Prezident sonra atla şəhəri də gəzmişdi.

Son xəbərlər
Bütün xəbərlər »