Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşqçi futbolçularını qol buraxmağa məcbur etdi - Video

Futbolda ədalətli oyun qaydalarından biri də odur ki, rəqib oyunçu zədələnəndə hücumu davam etdirməmək lazımdır. İngiltərinin ikinci liqasında ("Çempionşip"də) məhz bu qaydanın pozulması qalmaqala səbəb olub.

Bizimyol.info xəbər verir ki, “Lids” – “Aston Villa” oyununda meydan sahiblərinin baş məşqçisi Marselo Byelsa futbolçularını bilərəkdən qol buraxmağa məcbur edib. Çünki oyunçular 72-ci dəqiqədə ədalətsiz şəraitdə qol vurub. Meydanda iki futbolçunun toqquşması nəticəsində qonaqların oyunçusu zədələnir, qonaq futbolçular oyunu dayandırır. Meydan sahibləri bundan istifadə edib qol vurur. Aləm bir-birinə dəyir. “Aston Villa”nın futbolçuları qol vuranı döymək istəyir. Bu qalmaqala görə qonaqlardan Ənvər Əl Qazi qırmızı vərəqə alır. Ardınca Byelsa futbolçularına qol buraxmağı tapşırır.

Matç 1:1 hesabı ilə başa çatıb. Maraqlıdır ki, Byelsanın hərəkətinə görə “Lids” yüksək liqaya birbaşa vəsiqə qazanmaq şansını itirib.

Son xəbərlər
Bütün xəbərlər »