Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu 7 fakt göstərir ki, Hollandiya gələcəyin ölkəsidir - FOTOLAR
1. Yeganə ölkədir ki, sahibhsiz küçə heyvanları yoxdur.

Bu yaxınlarda Hollandiya rəsmiləri ölkədə evsiz it və pişiklərin qalmadığını açıqlayıb. Bunu etmək üçün hökümət heyvanlara heç bir zərər verməyib, əksinə heyvanlara zərər verən, küçəyə atanlara ağır cəzalar verir.

2. Hollandiya dünyada ilk ölkədir ki, velosiped və avtomagistrallar günəş enerjisi panelləri ilə döşənib.

SoloRoad adı verilən layihə bu sahədə ilkdir. Başlanğıc olaraq 100 metrlik yola yerləşdirilən panellər günəş enerjisi ilə bağlı atılan ən ciddi addımlardan biri sayılır. Bu paneldən əldə olunan enerji yol işıqları və elektrikli nəqliyyat vasitələrinə xərclənir.

3. Hollandiya küçələrində 50 metrlik intervalla elektroavtomobillər üçün stansiyalar yerləşdirilib.

Hollandiyanın bütün ölkələrdən fərqli edən xüsusiyyəti – mütəmadi mobillik. Bu səbəbdən də ölkə avotombil sürücülərinin klassik enerjilərdən imtina edə bilməsi üçün bütün ölkəyə elektrostansiyalar yerləşdirilib.

4. Hollandiyada avtomobilin olmadığı şəhər var!

Hollandiyanın Houten şəhəri dünyanın ən təhlükəsiz yeri hesab olunur. 1980-ci illərin əvvəlində şəhərin 4 minə yaxın sakini radikal qərar alaraq, Houten’də velosipedin kəskin təbliğatına başlayırlar. Qısa müddət ərzində bütün şəhər avtomobildən imtina edərək, velosipedə keçir.

5. Hollandiya yanacaqlı avtomobilləri qadağa etməyə hazırlaşır.

Cəmi 9 il sonra Hollandiya höküməti ölkədə dizel və benzinli avtomobilləri qadağan etməyə hazırlaşır. Bundan başqa, alternativ enerjilərdən istifadə edən şəxsi avtomobil sahiblərindən vergi alınmaması ilə bağlı qərar qəbul olunub. Bu isə həmin avtomobillərin 15.000 avroya qədər ucuz başa gəlməsinə səbəb olub.

6. Həbsxanaların sayı getdikcə azalır.

Hollandiyada uzun müddətdir ki, cinayətlərin sayı azalmasına dövlət xüsusi diqqət göstərir. Hökümət getdikçə nəticə almağa başlayır. 2009-cu ildə ölkədə fəaliyyət göstərən 19 türmə bağlanıb. Son statistikalar göstərir ki, Hollandiyada yaşayan 100.000 adama 163 məhkum düşür. Braziliya ilə müqayisədə yarısı qədərdir.

7. Avtomagistrallarda yaşıl körpülər salınır.

Hollandiya hökümətinin öncəlikli hədəfləri arasında vəhşi heyvanları qorumaqdır. Avtomagistralların eko-sistemə veridiyi zərəri minimallaşdırmaq üçün yolların üstündən təbiətin bir parçası olacaq yaşıl körpülər salınıb. Bu körpülər heyvanların böyük magistrallarda yolu keçərkən tələf olmaması və sürücülər üçün təhlükəli şəraitin yaranmaması üçündür.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »