Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Formula-1”-in qaliblərinə mükafat təqdim edildi
“Formula-1” SOCAR Azərbaycan Qran Prisinin qalibləri mükafatlandırılıb.

Bizimyol.info xəbər verir ki, yarışın qalibi adını qazanan finlandiyalı Valteri Bottasa (“Mercedes”) kuboku Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təqdim edib.

Prezident həmçinin Mühəndislər Kubokunda qalib olan “Mercedes”in nümayəndəsinə kubok verib. İkinci yeri tutan britaniyalı Luis Hamiltona (“Mercedes”) və üçüncü yerə çıxan almaniyalı Zebastian Fetelə (“Ferrari”) isə kubokları müvafiq olaraq gənclər və idman naziri Azad Rəhimovla Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Son xəbərlər
Bütün xəbərlər »