Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masazırdakı qanlı insidentin təfərrüatı məlum oldu - Rəsmi açıqlama

Abşeron Rayon Prokurorluğu ötən gün axşam Masazır qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən “Günəş” alqı-satqı ofisinin qarşısında “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə “Vinçester” markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »