Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masazırda bina komendantının güllələdiyi 3 nəfər barədə açıqlama

Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıb, həyatı təhlükələri yoxdur. Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »