Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın yeni prezidenti Zelenski Bodrumda ət bişirdi - Foto

Bodrumda istirahətdə olan Ukraynanın yeni prezidenti Vladimir Zelenski şəhər mərkəzində bir restoranda yemək yedi. Zelenskiynin ocaqbaşında ət bişirdiyi andakı xoşbəxtliyi yayılan fotoşəkillərdə aydın görünür. "Habertürk" bu barədə məlumat yayıb.

"Bizimyol.info bildirir ki, Bodrumda istirahətini davam etdirən Ukraynanın yeni Prezidenti Vladimir Zelenski ailəsiylə rayon mərkəzindəki bir restoranda yemək yeyib. Bodrumun Göyərçin Məhəlləsindəki beşulduzlu oteldə istirahətini davam etdirən yeni prezident gün ərzində oteldə vaxt keçirib.

Axşamüstü oteldən çıxan Zelenski və ailəsi, Milta Marina içərisindəki "Neyzarın Yeri Marina Yeməkxana Ocakbaşı" adlı istirahət mərkəzinə gəlib. Sıx təhlükəsizlik tədbirləri altında gələn Zelenski və ailəsi onlar üçün xüsusi olaraq ət məhsullarından hazırlanmış yemək yeyiblər.

Müəssisə rəsmiləri ilə səmimi vaxt keçirən Ukrayna Prezidenti ocaqbaşına keçərək ət bişirib. Zelenskiynin gecədə olduqca şən olduğu fotoşəkillərdə də əksini tapıb. Xəbərdə bildirilir ki, Zelenski və ailəsi daha sonra təhlükəsizlik xidmətinin əhatəsində məkandan ayrılıblar. Zelenskinin çıxışı sırasında şəkil çəkilməsinə icazə verilməyib.

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda yumorist Vladimir Zelenski 73,22 faiz ilə seçkinin qalibi olmuş, rəqibi və hazırkı Dövlət Başçısı Pyotr Poroşenko isə 24,45 faiz səslə məğlub olub.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »