Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terrorçuların gizləndiyi güman olunan evə basqın edildi, 6 uşaq öldürüldü

Polis rəsmisi: "Öldürülənlərin bəziləri müqəddəs Pasxa mərasimində terror törətməkdə şübhəli bilinən şəxslərdir"

Şri-Lanka təhükəsizlik qüvvələri terror aktlarında şübhəli olaraq axtarılan şəxslərin gizləndiyi güman edilən bir evə basqın ediblər. Sputnik Azərbaycanxəbər verir ki, əməliyyat n əticəsində 6-sı uşaq olmaqla 15 nəfər öldürülüb.

Şri-Lanka polis rəsmisi Ruvan Qunasekara bildirib ki, öldürülənlərin bəziləri müqəddəs Pasxa mərasimində terror törətməkdə şübhəli bilinən şəxslərdir.

Qeyd edək ki, ötən həftə Şri-Lankada Pasxa bayramında kilsə və hotellərdə 9 partlayış törədilib. Partlayışlar nəticəsində 359 nəfər həyatını itirib, 500-dən çox insan isə yaralanıb. Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Son xəbərlər
Bütün xəbərlər »