Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda özəl klinikada 42 yaşlı qadın nadir xəstəlikdən ölüb

Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb. Hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib.

Paytaxtın Nizami rayonu, Abbasov küçəsi, 6b, mənzil 4-də yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı "HELLP sindromu" diaqnozu ilə “Baku Medical Plaza”ya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də “Baku Medical Plaza”ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva səhhəti normallaşdıqdan sonra evə buraxılıb.

Aprelin 23-də R.Əliyevanın səhhəti yenidən pisləşdiyindən o, “Baku Medical Plaza”ya yerləşdirilsə də, aprelin 26-da orada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Virtualaz.org bildirir ki, HELLP sindromu hemoliz (qanda eritrositlərin dağılması), qaraciyər fermentlərinin fəallığının çox yüksəlməsi və trombositopeniya (qanda trombositlərin sayının kritik həddən aşağı enməsi) ilə xarakterizə olunur.

Son xəbərlər
Bütün xəbərlər »