Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolda azarkeşlər arasında dava - 295 nəfər yaralandı

İranın paytaxtı Tehranda Perspolis-Sepahan arasında baş tutan matçda azarkeşlər arasında dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Təcili Yardım İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Kərəm Dərabadi deyib.

M.K.Dərabadinin sözlərinə görə, yaralılardan biri davadan öncə həddindən artıq narkotik maddə istifadə etdiyinə görə dünyasını dəyişib.

Yaralılardan 45 nəfəri xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün İran premyer liqasının 27-ci turu çərçivəsində ötən gün Perspolis-Sepahan komandaları qarşılaşıb. Matç 0-0 hesabı ilə başa çatıb.

Son xəbərlər
Bütün xəbərlər »