Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada “sarı jiletlər” aksiyasının 24-cü aktı başladı

Fransada “sarı jiletlər” etiraz aksiyasının 24-cü aktı başlayıb.

Azərtac xəbər verir ki, bu hərəkatın üzvləri sosial şəbəkələrdə etiraz aksiyaçılarına Strasburqda toplaşaraq Avropa Parlamentinə doğru yürüş keçirməklə bağlı “beynəlxalq” çağırış ediblər. Təşkilatçılar ümid edirlər ki, alman və belçikalı nümayişçiləri də cəlb edə biləcəklər. Polis prefekturası Strasburqda nümayişlə bağlı prefekturaya məlumat verilmədiyini bildirib.

Parisdə isə nümayişçilər bu dəfə medianın bu hərəkatla bağlı mövqeyinə qarşı çıxış edəcəklər. Belə ki, nümayişçilər “mediaya qarşı yürüş” şüarı ilə Radio France radio evindən başlayaraq TF1, CNews, France Televisions və BFMTV kimi media qurumlarının qarşısından keçəcəklərini bildiriblər.

Bəzi “sarı jiletlər” qrupu 1 may - Dünya Zəhmətkeşlərinin Həmrəyliyi Günü həmkarlar ilə birləşərək ümumi nümayiş edəcəkləri ilə bağlı məlumat yayıblar. Bu nümayiş “Ümumi cavab” şüarı altında keçiriləcək.

Parisdə Yelisey çölləri prospekti, Milli Assambleya və Məryəm Ana kilsəsi yaxınlığında nümayiş etmək qadağandır.

Lyon, Lill, Renn, Ruan, Tuluz şəhərlərində də nümayişlər davam etdiriləcək.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »