Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?”

“Erməni deportasiyası nə soyqırım, nə də böyük fəlakətdir. Bu məsələ, sadəcə, o dönəmdə çox sıxıntılı şəraitdə yaşanmış acı olaydan ibarətdir”.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankarada keçirilən 28-ci Məsləhət və Qiymətləndirmə toplantısında səsləndirib.

O bildirib ki, bir əsr öncə Anadolu torpaqlarında ən məsum durumda olanlar elə türk milləti olub: “Balkan savaşları sırasında və sonrasında 2 milyon insanımızı itirdik, Doğu və Güney Anadoluda rus və erməni işğalları nəticəsində daha 2 milyon insanımız qətlə yetirildi. Əgər ermənilərin dediyi kimi, onları soyqırıma məruz qoymuş olsaydıq, Avropadan Amerikaya, Quzey Afrikadan Qafqazlara qədər bir ərazidə milyonlarla erməni yaşamazdı. Deportasiya dönəmin zor şərtlərində atılan bir addım olub”.

Ərdoğan bir daha bu mövzunu siyasilərdən öncə tarixçilərin, elm adamlarının araşdırmasının vacibliyindən danışıb: “Biz illərdir bu çağırışı edirik. Baş nazir olduğum vaxtlardan deyirəm ki, gəlin arxivlərimizi açaq, amma bu yola gəlmirlər. Sənəd-sübut olmadan parlamentlər, siyasilər vasitəsilə beyinləri qarışdırırlar. Əlcəzairdə milyon yarım, Ruandada 800 min insanın ölümünə bais olanlar fransızlardır. Bunların hamısı sənədlə, sübutla əlimizdədir. Fransa prezidentinin öncə bu işləri öyrənməsi lazımdır. Fransada 700 min erməni var deyə, Makron bəy, bu, səni qurtarmayacaq. Avropa yəhudilərindən Əlcəzair və Tunis müsəlmanlarına qədər gerçəkdən soyqırıma məruz qalanları yaxşı bilirik. Afrikanın hər küncündə, Güney Amerikada bir-birinə qırdırılan nə qədər insanlar var. Son yarım əsrdə Qarabağda, İraqda, Fələstində, Suriyada, Bosniyada, Arakanda olan insan qırğınları soyqırımı deyilmi? İnsanların və insanlığın müdafiəsində Türkiyənin başı ucadır və bizim bundan geri addım atmağımız da mümkün deyil”.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »