Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nigar Arpadarai sosial şəbəkələrdə yazılan fikirlərə aydınlıq gətirib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ötən gün birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi ilə bağlı sosial şəbəkədə yazılan rəylərə münasibətini paylaşıb.

"Trekdə sərbəst yürüş zamanı bəlli olan hadisə baş verdi - lyuk qapağının tərpənməsi nəticəsində bolid zədələndi. İctimaiyyətdə bir çox fikirlərin səsləndiyini və fərziyyələrin yayıldığını gördüm, ona görə mən də fikirlərimlə bölüşmək istərdim. Bizim üçün təhlükəsizlik çox önəmlidir! Məsələni tam ciddiliyi ilə qəbul edirik, ona görə bütün trek yoxlanıldı! Bunula kifayətlənmirik, bütün prosedurlara bir daha nəzər salıb, lazımi tədbirləri görürük ki, belə halların bir daha təkrarlanmasının qarşısını alaq. Hadisəni araşdıracayıq. Məlumat üçün bildirim ki, şəhər treklərinin xüsusiyyəti onların gözlənilməz olmasıdır. Sıx məskunlaşmış şəhərdə F1 keçirməyin özəlliyi budur. Bu şəhər yarışlarını həm maraqlı, həm də yaddaqalan edir. Formula 1-i yaxşı tanıyanlar bilir ki, belə hadisələr F1 şəhər treklərində daima baş verir. 2010 və 2016-cı illərdə Monakoda, 2012-ci ildə Şanxayda, 2017-ci ildə Malayziyada və s. oxşar hadisələr baş vermişdi. Malayziyada “Haas” komandasının pilotu drenaj sisteminin lyukunun üstündən keçəndə bolid zədələnmişdi. Bu hadisələr yarışın finalı zamanı baş vermişdir. Bizdə bu test yürüşü idi, yarış deyildi. Elə test yürüşləri də ona görə olur ki, pilotlar treklə tanış ola bilsin, yarış öncəsi bütün üzə çıxa biləcək məqamlar düşünülsün. Əlbəttə biz təşkilatçı olaraq hazırlıqlarımızı öncədən etməliyik, və treki təhvil verməliyik. Və yenə də söyləyirəm ki, işimizə çox ciddi yanaşırıq. Formula 1 bir oyundur, rəqabətdir, və inanın ki, bizim yarış, F1 keçirən 20 ölkə arasında fanatlar və media tərəfindən ən çox sevilənlərdən biridir! Bu fəxr ediləsi bir haldır. Yarışı gözləyək, arzu edək ki, möhtəşəm Bakımızda növbəti dəfə möhtəşəm yarış olsun"

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »