Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV nümayəndələri ilə birgə yaz ağacəkmə kampaniyası keçirilib - Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhərində KİV nümayəndələri ilə birgə “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağacəkmə aksiyası keçirilib.

Bizimyol.info xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiya zamanı Nəsimi parkında ağac tingləri əkilib. Əkilən ağaclar suvarılıb, mühafizəsi üçün də tədbirlər görülüb.

Aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın təbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirliyin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə müsahibəsində bildirib ki, ağacəkmə aksiyası təkcə Abşeron yarımadasında deyil, ölkənin hər bir bölgəsində keçiriləcək.

Ramid İbrahimov

Ramid İbrahimov

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Putin silahlarla bağlı göstəriş verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Prezidentin Qarabağla bağlı açıqlamaları mesaj xarakterli idi"
Son xəbərlər
Bütün xəbərlər »