Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxşı formada qalmaq üçün it saxlamaq lazımdı - Araşdırma

İt saxlayırsınızsa, onu hər gün gəzdirmək lazımdır.

Avstriyanın “Der Standard” qəzeti bu əyləncə ilə bağlı yazı hazırlayıb.

Bizimyol.info xəbər verir ki, yazıda araşdırmanın nəticələri əksini tapıb. Araşdırmaya görə, itə qulluq sahibini formada saxlayır.Yazıda bildirilir ki, formada qalmaq üçün həftədə 150 dəqiqə fiziki aktivlik vacibdir. Liverpul Universitetinin alimləri İngiltərədə kişilərin 66, qadınların 58 faizinin buna gücü çatdığını deyir. İngilis elm adamları da iddia edir ki, daha yüksək fəallıq üçün it saxlamaq vacibdir.Qəzet yazır: “Kerri Uestqart və həmkarları İngiltərinin Çeşir qraflığında 385 ailə arasında sorğu keçiriblər. Bu ailələrdə 191 nəfər itə quluq göstərən, 455 nəfər ev heyvanlarından uzaq adam, 46 uşaq olub. Məlum olub ki, it saxlayanların fiziki aktivliyi digərlərini 4 dəfə geridə qoyur.“Der Standard” araşdırmadan sonra da qəti fikir söyləməyə çəkinir. Çünki rəyi soruşulan it saxlayanların 10 faizinin fiziki aktivliyi digərlərindən çox geri qalıb.

Son xəbərlər
Bütün xəbərlər »