Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviyada pilotların tətili 600-dən çox aviareysin ləğvi ilə nəticələnib

İsveç, Danimarka və Norveçdə “Scandinavian Airlines System” (SAS) aviakompaniyası pilotlarının tətili səbəbindən 600-dən çox reys ləğv edilib.

“The Local” portalı xəbər verir ki, tətil kompaniyanın reyslərinin təxminən 70 faizinə və 70 mindən çox sərnişinə təsir edib. Lakin kompaniyanın tərəfdaşlarının həyata keçirdiyi reyslər, həmçinin sanitar aviasiyasının uçuşları dayandırılmayıb.

SAS reysləri ləğv olunan sərnişinlərə biletlərini pulsuz olaraq başqa günə dəyişdirmək imkanı yaradıb. Tətilə kompaniyanın ümumilikdə 1400 pilotu, o cümlədən Danimarkada 372, Norveçdə 545 və İsveçdə 492 pilotu qatılıb.

Aksiya pilotlarla kompaniya arasında kollektiv müqavilə ilə bağlı razılaşma baş tutmadıqdan sonra başlayıb. Pilotlar özləri üçün daha sərfəli əmək şəraiti - maaşların artırılmasını və iş qrafikinin dəyişdirilməsini tələb edirlər. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »