Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada dəniz sahilinə yüzlərlə delfin çıxdı

Fransanın dəniz sahilində yüzlərlə ölü delfin aşkarlanıb. Bu barədə okean tədqiqatçılarına istinadən "Phys.org" məlumat verib.

"Bizimyol.info" xəbər verir ki, ətraf mühitin qorunması təşkilatları "PELAGIS", "Olivier van Canneite" dalğaların sahilə çıxardığı ölü məməlilərin, indiyə qədər olanlarla müqaisədə rekord həddə çatdığı qəaətinə gəliblər.

"Bizimyol.info" bildirir ki,"delfinlərə qarçı amansızlığın qarçısını almaq üçün tezliklə nəsə etmək lazımdır. Bu su nəhəglərini qorumaq üçün səfərbər olunmaq gərəkdir",-deyə mütəxəssislər həyəcan təbili çalırlar.

"Rosneftin" dəstəyi ilə aparılan tədqiqatlarda müəyyən edilib ki, ölmüş balıqların 85%-i eyni dərəcədə zədələnmədən məhv olublar. Bu da onların balıqçı torları ilə tutulmalarına xarakterikdir. Təbiətsevərlər hesab edirlər ki, əslində ölü delfinlərin sayı sahilə şıxanlardan təxminən 4 dəfə çoxdur. Onlar bildirirlər ki, ölü heyvanların az sayda cəsədləri sahilə gəlib çata bilir.

Qeyd edək ki, son illərdə delfinlərin, balinaların və digər dəniz canlılarının kütləvi ölümü ilə bağlı hadisələrin hədsiz dərəcədə artması müşahidə olunur. Dəniz nəhəngləri daha çox balıqçı torlarının qurbanı olurlar. Yem axtaran heyvanlar daha çox balıqçı toruna düşürərək ölürlər. Məsələn, yazda Fransanın Biskay körfəzinə su heyvanlarının təxminən 1200 növlünün cəsədi çıxıb ki, onların da əksəriyyətini delfinlər olduğu bidirilir.

Ekloqlar, məməlilərin ölüm nisbətini azaltmaq üçün balıqçılara qarşı xüsusi tədbirlər təşkil etdiklərini bildirirlər, lakin bununlada tendensiyanın qarşısını ala bilmədiklərini vurğulayırlar.

Son xəbərlər
Bütün xəbərlər »