Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Borcunu ödəyə bilməyən vətəndaş müflis elan edilməlidir”
Əkrəm Həsənov: “Borcunu ödəyə bilməyəni öldürməlidirlər, tutmalıdırlar, yoxsa o gedib qarətlə məşğul olmalıdır?”

Azərbaycanda iflas haqqında iş üzrə məhkəmə baxışının qaydası müəyyənləşib. Bununla bağlı parlamentin spn iclasında “Müflisləşmə və iflas haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə daxil olduğu gündən 1 ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır.

Qanuna əsasən, məhkəmə tərəfindən müflis elan borclunun borcları silinir və yalnız sahib olduğu əlavə əmlakla cavabdehlik daşıyır.

Hazırda Qanunda istifadə edilən “borclu” anlayışı borclu fiziki və hüquqi şəxslərə aiddir. Dəyişiklikdə “fiziki və hüquqi şəxslərə" sözləri "müəssisəyə və fərdi borcluya" sözləri ilə əvəz edilib.

“Müflisləşmə institutu ilə bağlı biabırçı vəziyyət yaranıb”

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, qanuna edilən son dəyişiklik layihəsi ümumilikdə mütərəqqi olsa da, vətəndaşlara tətbiq edilməmə hissəsində mürtəcedir. O bildirir ki, müflisləşmə ilə bağlı məhkəmə işlərində və ümumilikdə bu institutla bağlı biabırçı vəziyyət yaranıb.

“Nəinki vətəndaşlar və fərdi sahibkarların, heç hüquqi şəxslərin, şirkətlərin müfilsləşmə ilə bağlı müraciətləri də təmin edilmir. Məhkəmələr bir qayda olaraq, heç bir əsas gətirmədən, aylarla uzanan proseslərdən sonra ərizəni rədd edir. Halbuki Azərbaycanda müflsləşmə institutu işləməlidir. Bu institutu müflis olanlardan daha çox onun kreditorlarının marağındadır ki, heç olmasa, olan-qalan əmlaklarını dağıtmasınlar və ordan borclarını ödəyə bilsinlər. Bu baxımdan hesab edirəm ki, edilən dəyişikliklər müsbət nəticəsini verəcək”.

“Vətəndaşın müflis elan edilməsi bütün dünyada qəbul edilmiş təcrübədir”

Ekspert bildirir ki, qanundakı dəyişikliklərdə mənfi tərəflər də var. “Hətta deyərdim ki, irticaçı yeniliyi elə qanun layihəsinin birinci bəndidir. Orada fiziki şəxslərin özünü müflis elan etməsi imkanı tam ləğv edilib. Qanun 1997-ci ildə qəbul olunarkən yalnız hüquqi şəxslərə aid edilməsi qeyd edilmişdi. Amma 2015-ci ildə qanuna edilən dəyişiklik edildi ki, qanunda “borclu” dedikdə fiziki və hüquqi şəxslər başa düşülür. Yəni, ancaq fərdi sahibkarlar deyil, bütün fiziki şəxslərə aid olunur. Bundan istifadə edərək, bir neçə vətəndaşın - borclu olsalar da, ödəmək imkanı olmayan şəxslərin müflis elan edilməsi üçün məhkəmələrə ərizə ilə müraciət etdik. Ancaq təəssüf ki, məhkəmələr əcaib bir qərarlar qəbul etdi ki, əslində, həmin qanunda fiziki şəxslər dedikdə yalnız fərdi sahibkarlar nəzərdə tutulur. Halbuki qanunda “fiziki şəxslər” də yazılırdı. Hətta “Banklar haqqında” qanunda iki yerdə nəzərdə tutulub ki, fiziki şəxs də müflis elan edilə bilər.

Ötən il bu barədə Konstitusiya Məhkəməsinə də müraciət etsəm də, hələlik şərhi verilməyib. Amma son dəyişiklikdə qanunda yenə yazılıb ki, “borclu” dedikdə fərdi sahibkarlar və hüquqi şəxslər başa düşülür. Yəni, yenə əvvəlki redaksiyasına qaytarılıb. Yəqin ki, vətəndaşların müflis elan edilməsi ilə bağlı müraciətlərin təmin edilməməsi üçün bu addım atılıb.

Bu dəyişikliyi mürtəce hesab etməyin birinci səbəbi odur ki, niyə 2015-ci ildə qanunda vətəndaşların – fiziki şəxslərin müflis olmasına icazə verildi, təcrübədə tətbiq olunmadı, indi isə yenidən ləğv edildi. Həmçinin əgər borclarını verə bilmirsə, vətəndaşın müflis elan edilməsi bütün dünyada qəbul edilmiş təcrübədir. Əgər bu hüquq vətəndaş üçün tanınmırsa, borclarını verə bilmədiyi təqdirdə nə baş verməlidir? Onu öldürməlidirlər, tutmalıdırlar, yoxsa o gedib qarətlə məşğul olmalıdır, vətənini satmalıdır? Bu sualların cavabı yoxdur!

Məsələnin digər tərəfi də var: fərdi sahibkar özünü müflis elan edə bilir və bu zaman onun bütün borcları silinir, amma adi fiziki şəxsə bu tətbiq edilmir. Qanun dolayısı ilə vətəndaşı ona sövq edir ki, müflis olmaq istəyirsənsə, get fərdi sahibkar kimi qeydiyyatdan keç, ondan sonra müflisləşmə haqında ərizə ver.

Qeyd edilənlərə əsasən hesab edirəm ki, qanunun tətbiq dairəsinin vətəndaşlara aid edilməməsi düzgün deyil”.

“Ölkədə “kölgə iqtisadiyaytı”nın olması vətəndaşın deyil, dövlətin günahıdır”

Əkrəm Həsənov təcrübədən misalı gətirərək deyir ki, indiyədək müflisləşmə ilə bağlı ərizələrimizi təmin etməyəndə hakimlər, bankların hüquqşünasları qeyri-rəsmi şəkildə bildirirdilər ki, ölkədə “kölgə iqtisadiyaytı”nın həcmi böyükdür, buna görə də bəzi vətəndaşların həqiqətən də müflis olub-olmaması bilinmir.

“Yəni ola bilsin ki, heç yerdə işləmir və rəsmi gəliri yoxdur, amam qeyri-rəsmi gəlirləri var. Amma bununla da razı deyiləm ki, ölkədə “kölgə iqtisadiyaytı”nın olması vətəndaşın deyil, dövlətin günahıdır. Həqiqətən də müflis olan vicdanlı vətəndaş niyə hansısa dələduz vətəndaşa - əslində müflis olmadığı halda formal müflisləşmədən istifadə edənə görə əziyyət çəkməlidir?”

“Ya etiraf etməldirilər ki, “kölgə iqtisadiyyatı”nın qarşısını ala bilmirlər, ya da vətəndaşların müflis elan edilməsi də tətbiq edilməlidir”

Burada maraqlı məsələ odur ki, ötən il dövlət vergi və gömrük sahəsində olan qanunvericiliyə çoxsaylı dəyişiklik etdi və bildirildi ki, əsas məqsəd “kölgə iqtisadiyyatı”nın qarşısını almaqdır. Ya etiraf etməldirilər ki, “kölgə iqtisadiyyatı”nın qarşısını ala bilmirlər və buna görə də vətəndaşların müflis elan edilməsinə imkasn vermirlər, ya da bu sahədə uğur əldə ediblərsə, o halda vətəndaşların müflis elan edilməsi də tətbiq edilməlidir.

Əkrəm Həsənov əlavə edir ki, bununla bağlı Milli Məclisin üzvlərinə də müraciət edəcək: “Sizin də vasitənizlə ictimaiyyətə çatdırıram ki, insanlar buna etirazını bildirməlidirlər”.

Müflisləşmə dedikdə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması başa düşülür. Bu halda borclu məhkəməyə iflas haqqında iddia ərizəsi verir və araşdırıldıqdan sonra müflis elan edilə bilər. Qeyd etdiyimiz kimi, bu halda borclu əmlakına görə — iflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlakdır. Bu halda, fərdi borcluya aid tələb yönəldilə bilməyən əmlak istisna təşkil edilir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »