Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərsu” rəsmisi: "Yarışların keçirildiyi küçələrdə bütün infrastruktura “Azvirt” şirkəti cavabdehdir”
Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması başa çatıb

“Yarışların keçirildiyi küçələrdə bütün infrastruktura “Azvirt” şirkəti cavabdehdir”.

Bunu Bizimyol.info saytına açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, kanalizasiya quyularının qapağı xüsisi qapaqlardır.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. Birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğursuzluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb. Rassellin bolidi trasdan evakuasiya olunub. Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb.

Bizimyol.info xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula 1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar açılqlama yayıb. Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş lük qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Artıq trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıb. Bundan sonra “Formula 2” yarışında sıralama turuna start verilib.

"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə həmin lükün təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lüklərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lükün təkrar yoxlanılması prosesi aparılıb".

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »