Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir meyxanaçı həbs edildi
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli (Çərkəzoğlu) saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, buna qədər “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev və reper Aydın Hüseynov analoji təbliğə görə həbs olunub.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »