Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmov: "10 min dollardan çox olan kreditlərə güzəşt edilməyəcək"

10 min dollardan yuxarı götürülən problemli kreditlər üzrə güzəştlərin edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər.

ONA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi. Dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir.

Elman Rüstəmov onu da qeyd edib ki, qonşu ölkələrdə məzənnə dinamikası dəfələrlə ucuzlaşan ölkələr var. Lakin, bu ölkələrdə hər hansı bir güzəştlərin olması heç müzakirə obyekti belə deyil.

Xatırladaq ki, bir müddət öncə 10 min dollardan yuxarı götürülən kreditlərlə də bağlı müəyyən güzəştlərin ola biləcəyi barədə ictimaiyyət arasında müzakirələr dolaşırdı. Hətta bununla bağlı hökumətə təkliflərin verildiyi də bildirilir.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »