Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş polis əməkdaşı məhkəmə zalında həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. V.Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılıb Azərbaycana ekstradisiya edilib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »