Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüseyn Abdullayev məhkəmədə ağladı

Bir il əvvəl Türkiyədə saxlanaraaq Azərbaycana təhvil verilən keçmiş deputat, "Quska" kimi tanınan Hüseyn Abdullayev öz məhkəməsində ifadə verərkən ağlayıb. Deyib ki, ölkənin ilk rəsmi milyonçularından biri olduğu halda, indi 3 min manata görə hədə-qorxu ilə tələb-etməkdə ittiham edilməsi biabırçılıqdır.

Bizimyol.info xəbər verir ki, H.Abdullayev İnterpol xəttilə axtarışa verilmədiyi halda, Türkiyədə tutulub Azərbaycana təhvil verilməsini "BMT-nin Cenevrə Konvensiyasının şərtlərinin pozulması" kimi qiymətləndirib.

"Mən Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. Bu işlə məşğul olan əsas biznesmenlərdən biri idim. Azərbaycanın ilk rəsmi milyonçularından biri olmuşam. 1992-ci ildə Naxçıvan blokadada olanda əsgərlərin yemək və geyimlə təmin olunmasını maliyyələşdirmişəm. Sizcə belə bir adam kimdənsə 3 min manatı hədə-qorxu ilə tələb edər, belə utancverici iş görər? Yəni mən o günə qalmışam? Bu, biabırçılıqdır", - deyə H.Abdullayev ifadəsində bildirib.

O deyib ki, ittihamda valideynlərinin adına olan mülklərin qanunsuz yollarla əldə edilmiş pullarla alındığı yazılıb. Sabiq deputatın sözlərinə görə, İsveçrə və Almaniyada özünün və anasının adına bank hesabları var. Amma hesablardakı pullar biznesindən halal, qanuni yolla əldə olunub: “Bu, mənim alın tərimdir”.

H.Abdullayev 2013-cü ildə haqqında başlanan cinayət işi və Almaniyaya qaçmasından da danışıb. Bildirib ki, həmin cinayət işi paytaxtda Nəriman Nərimanovun heykəlinin yanındakı başıbəlalı binaya görə başlanmışdı: "2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi ata-anamın adına keçirdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina tikdilər. Anam o binaya görə 1.8 milyon manat vergi ödəyib. Amma 2013-cü ildə mənə buna görə cinayət işi başlandı, o verginin ödənilmədiyi deyildi. Ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədilər. Bütün bunlardan sonra mən məcbur qalıb canım qədər sevdiyim Azərbaycanımdan didərgin düşdüm”.

H.Abdullayev ifadəsinin bu hissəsində kövrəlib.

Sabiq deputat vaxtilə kömək elədiyi, dəstək verdiyi adamların ona arxa çevirməsindən, xidmətlərinin unudulmasından da danışıb: "Dövlətçiliyimizin möhkəmlənməsinə, qorunub saxlanmasına xidmət etmişəm. Ölkədə kriminal dəstələr baş qaldıranda özümün, ailəmin həyatını təhlükəyə atmışam. Bircə dəfə də dövlətimizə xəyanət etməmişəm. Mənə qarşı təzyiqlərin nəticəsi olaraq, atamı itirdim, əmlaklarım zəbt edildi. Bütün bunları Allah götürməz".

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »