Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maşa və Ayı”nın daha bir rekordu: Dünyada 4-cü yerə yüksəldi - Video

Dünyada daha çox musiqi videoları baxılır. Məşhur “YouTube” portalında ilk 20-30 yeri yalnız ayrı-ayrı mahnıların klipləri tutur. Bircə “Maşa və Ayı” cizgi filmindən başqa.

Bizimyol.info xəbər verir ki, “Maşa+kaşa” buraxılışına təxminən 3 milyard 551 milyon dəfə baxılıb. Cizgi filmi bununla da dünyada dördüncü yerə yüksəlib. 11 ay əvvəl beşinci yerə ələ keçirmişdi.

İlk pilləni Luis Fonsi və Deddi Yankinin “Despacito” mahnısı tutur. Bu videonun baxış sayı 6 milyardı keçib.

Sizə liderlərin statistik göstəricilərini təqdim edirik:

1. Luis Fonsi, Daddy Yankee (Despacito) – 6,151 milyard

2. Ed Sheeran (Shape of You) – 4,178 milyard

3. Wiz Khalifa, Charlie Puth (See You Again) – 4,089

4. Maşa və Ayı (Maşa+kaşa) – 3,551 milyard

5. Mark Ronson, Bruno Mars (Uptown Funk) – 3,536 milyard

6. PSY (Gangnam Style) – 3,336 milyard

7. Justin Bieber (Sorry) - 3,120 milyard

8. Maroon 5 (Sugar) – 2,943 milyard

9. Katy Perry (Roar) – 2,801

10. Taylor Swift (Shake It Off) – 2,769 milyard

Son xəbərlər
Bütün xəbərlər »