Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevdən inanılmaz təklif: Moskvada Ukrayna pasportu paylanılsın

Ukrayna Ali Radasının deputatı Yevgeni Rıbçinski qeyri-adi təklif irəli sürüb. O, Moskvanın mərkəzində sakinlərə Ukrayna pasportu paylamağı təklif edib.

Bu barədə “Politnaviqator” məlumat yayıb.

Plenar iclasda söz alan deputat “Kubanlı etnik ukraynalılar”dan savayı, Rusiya paytaxtında “təsəvvürə gəlməyəcək sayda ukraynalılar”ın yaşadığını qeyd edib.

Moskva Moskva / Foto: Pixabay.com

“Dumada oturanlar elə bunun fikrini çəkirlər. Fikirləşirlər ki, “görəsən, Ukrayna pasportlarının verilməsini dayandırmaq üçün hansı beynəlxalq təşkilata müraciət edək?!” Kiməsə elə gələ bilər, mən bunu zarafat üçün deyirəm. Əsla, mən tam ciddiyəm, bu, zarafat deyil”, - deyə deputat söyləyib.

Qeyd edək ki, Rıbçinskinin bu çıxışı Rusiya prezidenti Vladimir Putinin Donbas sakinlərinə Rusiya pasportunun verilişi qaydalarının sadələşdirilməsi barədə aprelin 24-də imzaladığı fərmanına reaksiyası olub.(oxu.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »