Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Populyar turizm yeri saxta çıxdı - Video

Dünyanın müxtəlif ölkələrində turist ovu il məşğul olurlar. Məsələn, Kosta Rikada bir kənddə sakinlər evləri rəngli boyamışdı ki, ora tursit gəlsin. Mərakeşdə isə əsl fırıldaq ediblər.

Bizimyol.info xəbər verir ki, ağacda keçilərin gəzişməsinin saxta olduğu üzə çıxıb. Yəni həmin mənzərə süni yaradılırmış. Keçilər heç də ağaca çıxmaq istəmir.

Fırıldağı “Born Free Foundation” təbiətin müdafiəsi təşkilatının fotoqrafı Aaron Qekoski üzə çıxarıb. Qekoski Mərakeş və Essueyra şəhərləri arasındakı ağacların budaqlarının üzərində keçilərin gəzişməsinin fermerlərin səhnəciyi olmasını müşahidə edib. Fotoqrafın onları güddüyünü də demək olar. Fermerlər hər gün müxtəlif regionlardan keçiləri ora gətirir və ağaca dırmaşdırırlar. Qekoskinin ehtimalına görə, heyvanları müəyyən qədər əhliləşdirirlər. Yəni keçilər anlayır ki, ağacda bir neçə dəqiqə hərəkətsiz dayanmaq lazımdır.

Fotoqraf özü yorulan keçinin başqası ilə əvəz olunmasını görüb. Turistlər isə hər dəfə tələyə düşürmüş. Bu mənzərəni görən hər qonaq fermerlərə pul ödəyir.

Keçən il turistlərin gözləntilərini doğrultmadığı yerlərin siyahısı açıqlanmışdı. Birinci yeri Venesiya tutmuşdu. Misirin Əl-Giza şəhəri isə ikinci olmuşdu. Turistlər piramidaların şəkillərdə olduğu qədər əzəmətli görünmədiyini qeyd etmişdilər. Ümumiyyətlə, səyahətçilər İtaliya haqda tənqidləri daha çox səsləndirirlər.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »