Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başına qaz düşdü, xəstəxanalıq oldu - Video

Belə qəribə hadisə Çində bir qadının başına gəlib. Motosikldə gedərkən başına qaz düşüb. Qadın ciddi xəsarət aldığından, xəstəxanaya yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, hadisə Quyçjou vilayətində baş verib. Küçənin ortasında qadının başına qaz düşüb. Motosiklin üzərində dayanmaq mümkün olmayıb. Yerə yıxılan qadın möhkəm əzilib. Onu tez xəstəxanaya çatdırıblar.

Polis müəyyənləşdirib ki, qaz damların birində yerləşən qəfəsdən uçub çıxaraq, qadının başına düşüb. Quşun sahibi zərərçəkənə kompensasiya ödəməyə razılaşıb.

Çinin “Weibo” sosial şəbəkəsində hadisə geniş müzakirə olunub. Şəbəkə istifadəçilərinin fikrincə, şəhərdə bu şərtlər altında qaz saxlamaq düzgün deyil. Qadını qınayanlar da olub. Yazırlar ki, şlemi olsaydı, xəsarət almazdı.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »