Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın beş gün maşında yeməksiz və susuz qaldı - Foto

ABŞ-ın Alabama ştatında keçən həftədən itkin elan olunan qadını tapıblar. “Daily Mail” qəzetinin yazdığına görə, o, beş gün maşında yeməksiz, susuz və dərmansız qalıb.

Bizimyol.info xəbər verir ki, 49 yaşlı Robin Coys Fançeri axırıncı dəfə aprelin 17-də səhər Hedlenddəki evindən çıxıb avtomobilinə əyləşəndə görmüşdülər. Qadın dostuyla görüşə getməliydi. Amma təyinat yerinə çatmamışdı. Bir sutka sonra uşaqları onun itkin düşməsi haqda məlumat yaymışdılar.

Robinin qızı Magen Hider izah etmişdi: “O, hər gün ya zəng vurur, ya da “Facebook” ilə əlaqə saxlayır. Mən dərhal başa düşdüm ki, nəsə qaydasında deyil və panikaya düşdüm”.

Qadın beş gün maşında yeməksiz və susuz qaldı Foto: Travis Mattox

Beş gün sonra yoldan ötənlərdən biri qadının gümüşü avtomobilini xəndəkdə görüb. Hadisə yerinə polis və xilasedicilər gəlib, Fançeri oradan çıxarıblar. Onu xəndəkdən yarım saata xilas ediblər. Çünki qadın oturacaq və sükanın arasında sıxılıb qalıbmış. Robin huşunu itirməyib, xilasedicilərlə söhbət edirmiş.

Qadın elə həmin gün qəzaya düşübmüş. Avtomobil onun evindən bir az aralı xəndəyə aşıb. Çətin vəziyyətdən təkbaşına çıxa bilməyən Robinin kömək gözləməkdən başqa çarəsi qalmayıb. Beş gün dilinə yemək və su dəyməyib.

Fançerin qızı danışır ki, anasının böyrəyləri xəstədir və hər gün dərman qəbul etməlidir: “Maraqlıdır, bu qədər müddətdə dərmansız necə qalıb”.

İndi Robin müalicə alır. Vəziyyəti sabitdir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »