Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqları fastfuddan necə uzaqlaşdırmaq olar... – Mütəxəssislər izah edir

Yeniyetmələr, uşaqlar fastfudu, tez-bazar hazırlanan yeməkləri çox sevir. Amma bunun onların orqanizminə yalnız zəriri var.

Bizimyol.info xəbər verir ki, “The Times” qəzeti bu haqda məqalə dərc edib. Tədqiqatçılar maraqlı araşdırma aparıblar. Onlar yalan xəbər hazırlayıblar. Xəbərdə böyük şirkətlərin yeniyetmələri yağlı, şirin yeməkləri seçməsi üçün reklamlara milyardlar xərcləməsi haqda danışılır. Nəticə heyrətamiz olub. Xüsusilə oğlanlar yeməkxanada daha düzgün seçim etməyə çalışıblar. “The Times” yazır: “Sağlam qidanın faydası haqda adi məsləhətlər lazımi effekt vermir”.

“Nature Human Behavior” jurnalının dərc etdiyi araşdırmada da düzgün marketinqin səmərəliliyindən söz açılır. Bu eksperimentdə 13-14 yaşlı 350 yeniyetmə iştirak edib. Bu uşaqlara böyük qida şirkətlərinin yeniyetmələri fastfuda necə öyrəşdirməyə çalışdıqları barədə faktlar təqdim olunub. Yenə gözləniləndən də artıq effekt əldə edilib. Oğlan uşaqları tez-bazar yeməkləri daha az sifariş etməyə başlayıblar.

Böyük Britaniyada dövlət statistikası deyir ki, 2007-ci ildən bəri 10-11 yaşlı uşaqlar arasında piylənmə üç dəfəyə qədər artıb. “Cancer Research UK” şirkəti nazirləri telekanallarda saat 21.00-a qədər yemək reklamlarına qadağa tətbiq etməyə çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »