Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ukraynanın yeni rəhbərliyinə səsləndi: "İlk addımlarınızı gözləyirik"

Rusiya lideri: "Anlamaq başqa şeydir, xalqın maraqlarına cavab verən realist siyasət yürütmək başqa"

"Bu, prezident Pyotr Poroşenkonun siyasətinin tamamilə iflasıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı seçkilərin nəticələrini şərh edərkən deyib.

"Burada nəyi dəyərləndirmək olar? Bu, Poroşenko siyasətinin tamamilə iflasıdır. Mən əminəm ki, yeni hökumət bunu anlamaya bilməz. Onlar bunu çox yaxşı başa düşürlər. Onların ilk addımlarını gözləyək. Anlamaq başqa şeydir, xalqın maraqlarına cavab verən realist siyasət yürütmək başqa" - deyə Putin vurğulayıb.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Yekun nəticələrə əsasən, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 24,24 faiz səs toplayıb.

Bülletenlərin 2,31 faizi etibarsız hesab olunub.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
Son xəbərlər
Bütün xəbərlər »