Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlar münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvətilə qondarma “erməni soyqırımı” tədbirlərə qatılmaq üçün bu ölkəyə səfər edib:

"Separatçı rejimin “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay Senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə onun parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirak etdiyini bildirmək istərdik. Həmin tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib".

"Eyni zamanda məsələ ilə əlaqədar Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN cavabında bu məsələdə hökumətin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub", - XİN-dən qeyd olunub. (Report.az)

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »