Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
USAID və ABŞ-Azərbaycan Ticarət Palatası

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və ABŞ-Azərbaycan Ticarət Palatası ümumi məqsələrə dair əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalayıblar. İki tərəfdaş birgə işləyərək iqtisadi inkişafı stimullaşdırmağa, habelə ABŞ və Azərbaycan arasında ticarət və kommersiyanı, akademik və mədəni əlaqələri təşviq etməyə çalışacaqlar.

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası bir sıra sahələrdə və bazar sektorunda Amerika və Azərbaycan biznesləri arasında iqtisadi fəaliyyətlərin təşviqi istiqamətində tərəfdaşlıq edəcəklər. Onlar, kənd təsərrüfatı müsəssisələri və fərdi sahibkarları texniki yardım və biznes təlimlər proqramları ilə təmin etməyi, perspektivli Azərbaycan sənaye sahələrinin inkişafı üçün innovativ elmi və bazar əsaslı həlləri təmin edə biləcək dövlət-özəl sektor tərəfdaşlığını həvəsləndirməyi planlaşdırırlar. Eyni zamanda, sazişdə aşağıdakı əməkdaşlıq sahələri nəzərdə tutulub: Azərbaycanda biznesə asan başlanması və onun fəaliyyət göstərməsi, qida təhlükəsizliyi standartlarının təkmilləşdirilməsi, kənd təsərrüfatı və aqrotexniki bacarıqlarının artırılması, gənclər və qadınlar üçün imkanların artırılması.

ABŞ-Azərbaycan Ticarət Palatası və USAID 3-5 aprel tarixlərində Çikaqoda ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatası tərəfindən təşkil olunmuş İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumuna dair artıq əməkdaşlıq ediblər. Forum iki ölkə arasında ilk bu cür tədbir olaraq İllinoys ştatından və Azərbaycandan olan mütəxəssisləri, özəl şirkətlərdən olan vəzifəliləri, kənd təsərrüfatı istehsalçılarını, kənd təsərrüfatı və digər hökumət rəsmilərini bir araya toplamışdı.

USAID-in Azərbaycandakı missiyasının məqsədi Azərbaycanla davamlı dostluq münasibətlərini, habelə möhkəm biznes, sərmayə və ticarət tərəfdaşlığını qurmağı davam etməkdir. USAID Azərbaycan hökumətinin iqtisadiyyatı şaxələndirmək, investisiyaları cəlb etmək üçün şəffaf və açıq mühiti yaratmaq, və Azərbaycan xalqının rifahını yüksəltmək səylərini dəstəkləyir.

1995-ci ildə təsis olunduğu dövrdən ABŞ-Azərbaycan Ticarət Palatası uzunmüddətli biznes əlaqələri qurmaq istəyən ABŞ və Azərbaycan sahibkarları və biznesləri üçün mühüm resurs olub. ABŞ-Azərbaycan Ticarət Palatası ticarət missiyaları və konfranslar üçün platforma kimi xidmət edir, habelə hər iki ölkənin yüksək hökumət və biznes liderlərinin tanış ola, ideya mübadiləsi apara və biznes tərəfdaşlıqları qura biləcəyi biznes görüşləri təşkil edir.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »