Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

Bu barədə “Report”a bazarı araşdıran MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə həm sayda, həm də qiymətlərdə göstərir”.

N.İbrahimov deyib ki, ümumiyyətlə, 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımının, təqribən, 6-8% civarında olması gözlənilir.

Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında, ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.

O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin - ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »